• $
  • €
  • ₽
  • ₺
  • £

Repetitorlara XƏBƏRDARLIQ

Repetitorlara XƏBƏRDARLIQ
29.05.2020 05:00
Təhsil eksperti Kamran Əsədov bu gündən fəaliyyətinə icazə verilən repetitorlar barəsində yazıb.
 
Anews.az-ın xəbərinə görə, K. Əsədov bildirib ki, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin bu gündən, 27 aprel 2020-ci il tarixindən aradan qaldırılması barədə Baş Nazir qərar imzalayıb: "Fəaliyyətinə icazə verilən sahələrdən biri fərdi tədris və repetitor xidmətləri (qrupda ən çoxu 10 şagird olmaqla) müəyyən edilib.
 
Amma burada 2 vacib məqam var:
 
1. Repetitor xidmətini göstərən şəxsin dərs keçdiyi yerə getməsi və ya evində xidmətin göstərilməsi
2. Şagirdlərin repititor xidməti almaq üçün müəllimin - repetitorun yanına getməsi
Nazirlər Kabinetinin qərarında deyilir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
 
Deməli, repititor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repititor kimi fəaliyyət göstərməsi üçün "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir.
 
Şagirdlərin repititor xidməti almaq üçün müəllimin yanına getməsi üçün isə gün ərzində 8103 - ə 2 rəqəmini yazaraq yalnız bir dəfə 3 saatlıq gedə bilər.
 
Müəllim gün ərzində istədiyi qədər repetitor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, "icaze.e-gov.az” portalında qeydiyyatdan olsun, amma şagird gün ərzində bu xidmətdən yalnız 1 dəfə, ondan da 3 saat ərzində istifadə edə bilər.
Repetitorun "icaze.e-gov.az” portalında qeydiyyatdakı xidmətdən istifadə etmək üçün elektron və ya ASAN imzasında "möhürvurma səlahiyyəti” olmalıdir. Repetitorun "möhürvurma səlahiyyəti”nin olması üçün isə VÖEN-i olmalıdır. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir.
Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs fərdi sahibkardır, gəlir əldə edir. Onun dövlət təhsil müəssisəsində müəllim və ya digər vəzifədə çalışması buna təsir göstərmir.
Repetitorlar VÖEN almaq üçün vergi orqanına getmədən cəmi 2-3 dəqiqə vaxt sərf etməklə www.e-taxes.gov.az vasitəsi ilə, və ya asan xidmət, eyni zamanda Vergilər Nazirliyinin (Xidmətinin) regional bölmələrinə, idarələrinə getməklə öz VÖEN-ini, elektron və ya ASAN imzasını ala bilər.
 
Repetitor kimi nə qədər sadələşdirilmiş vergi ödəməliyəm?
 
- Siz repetitor fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi kimi ödəyirsiniz.
Vergi ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Repetitorlar vergi bəyannaməsinin onlayn rejimdə göndərilməsi” üçün İnternet Vergi İdarəsindən (e-taxes.gov.az) istifadə edirlər.
Çoxları deyir ki, müəllim bütün ili repetitor kimi məşğul olmur, aylar ürə müxtəlif xidmət haqqı alırıq, bir çox şagirdi pulsuz hazırlaşdırırıq.
 
Rüb ərzində gəlir əldə etdiyini məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz. Misal üçün, bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repetitorluqdan gəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2, 4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə vergi bəyənnamənizi 0-la verə bilərsiniz. Deyəcəksiniz ki, kim müəyyən edəcək ki, mən nə qədər şagird hazırlayıram, nə qədər pul alıram. Bunu müəyyən etmə mexanizmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğa tətbiq edilmir. Bəli, heç kim dəqiq gəlirinin vergisini ödəmir. Qalıb bu insanların insafına.
 
Sadələşdirilmiş vergi ödəyicisi kimi nə qədər qazandığınızı qeyd etsəniz, onun 2 ya 4 faizini ödəyəcəksiniz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kredit götürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq.
Müəllimlər yanlış olaraq narahatdırlar.
 
Bu gün taksi sürücüləri, gözəllik salonları, evini, obyektini kirayə verənlər və ümumilikdə gəlir əldə edən hər bir şəxs vergi ödəyir və ödəməlidir.
 
Qısası, repetitorun "icaze.e-gov.az” portalında qeydiyyatı yoxdursa, karantin dövründə fəaliyyət göstərə bilməz”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol