• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgələrdən sərnişin daşınması ilə bağlı VACİB AÇIQLAMA

Bölgələrdən sərnişin daşınması ilə bağlı VACİB AÇIQLAMA
29.05.2020 12:15
"Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".
 
Pravda.az-ın xəbərinə görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
 
Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. "Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar. Odur ki, süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- N.Allahyarova deyib.
 
O, əlavə edib ki, fürsətdən istifadə edib fərqlənmə nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlar barəsində ciddi tədbirlər görüləcək: "İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki, yollar açıldıqdan sonra xəttə lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”.
 
N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq: "Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı.
 
Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol