Elman Rüstəmov “AmrahBank”ın işçilərinin etirazından danışdı: “Emosional xarakter daşıyır”

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov "AmrahBank”ın işçilərinin maaşlarını ala bilmədiklərinə görə etiraz etmələrinə münasibət bildirib.
"Bankın işçilərinin etirazı emosional xarakter daşıyır. Biz onları başa düşürük. Çünki iş yerlərini itiriblər. Çox təəssüf edirik. Əməkhaqlarının verilməsi istiqamətində tədbirlər görməyə başladıq. Maaşları veriləcək”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























