Bakıda evdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında Biləcəri qəsəbəsindəki evlərin birindən 9 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Həşimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az