• $
  • €
  • ₽
  • ₺
  • £

Baş infeksionistdən koronavirusla bağlı sevindirici AÇIQLAMA

Baş infeksionistdən koronavirusla bağlı sevindirici AÇIQLAMA
29.05.2020 12:07
"Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.
Qazet.az bildirir ki, bu sözləri  açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib:
Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir:
"Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır. Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun birinci dalğası çox şükür yüngül oldu. Deməyim odur ki, vəziyyət stabildir. O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol