• $
  • €
  • ₽
  • ₺
  • £

“Kod Da Vinçi” turniri başa çatdı - FOTOLAR

“Kod Da Vinçi” turniri başa çatdı - FOTOLAR
28.05.2020 22:42
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə DVC tərəfindən gənclər arasında “Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsi başa çatıb. Layihədə Azərbaycanın 8 bölgəsinin 15 ali təhsil müəsisəsini təmsil edən gənclər iştirak edib. Layihədə Bakı, Sumqayıt, Gəncə, Qusar, Şəki, Lənkəran, İsmayıllı, Quba şəhərləri təmsil olunub. Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında komanda ruhunun formalaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması, qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsi və onların gələcək əməkdaşlıqlara həvəsləndirilməsidir.Açıq havada təşkil olunan turnir, hər bir komandada liderlərin müəyyən olunması ilə başladı. Komandalar müxtəlif qeyri-formal şəraitlərdə “Da Vinçi”-nin zəncirvari 12 sualının “açarları”-nı tapmağa çalışdılar. “Açar”-ları hamıdan əvvəl tapan “Bermud üçbucağı” komandası turnirin qalib oldu.Qalib komandanın iştirakçısı Vüsal Nəzərov oyunun qısa vaxtda komandanın formalaşdırılmasına imkan yaratdığını bildirir: “Turnirə gələndə indiki komanda yoldaşlarımın çoxu ilə demək olar ki əlaqəm yox idi, bəzilərini heç tanımırdım. Oyunun sualları elə qurulmuşdu ki, biz komanda bölgüsü aparmalı və müxtəlif vəziyətlərdə bir birimizə etibar etməyi bacarmalı, az vaxtda çevik düşünməli idik. Biz də qısa zamanda bunları bacararaq, turnirin qalibi olduq.”Turnirin fəallarından olan Günay Kamliqızı isə bu turnirin həm yeni dostlar qazanmağa, həm də müxtəif regionlar arasında əməkdaşlıq qurmağa kömək etiyini bildirir: “Turnirdə 8 şəhərdən gənclər iştirak edirdi. Turnir zamanı elə bir vəziyət yarandı ki, komandalarda demək olar ki hər regiondan bir adam iştirak edirdi. Biz burada həm əlaqələr qurduq həm də əməkdaşlıq.“Kod Da Vinçi” məntiqi intellektual oyunu – bir komanda oyunudur. Oyunun əsas mahiyyəti, komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur. Oyunçular məntiqi tapmacanın (sualın, tənliyin və s.) “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmaçanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən meydançanın hər yerində gizlədilə bilər. Oyun müxtəlif yerlərdə keçirilə bilər: klubda, parkda, açıq təbiətdə, ofisdə və müxtəlif müvzuları əhatə edə bilər.Məlumat üçün qeyd edək ki, oyun DVC - nin “ekskluziv” məhsuludur. 2006-cı ildən bugünə qədər dövlət qurumları, beynəlxalq strukturlar və özəl şirkətləri təmsil edən 1500-dən çox nümayəndə “Kod Da Vinçi” məntiqi intellektual oyununun iştirakçısı olmuşdur. Onlar arasında: SOCAR, Procter & Gamble, Coca-Cola, Azercell, Azerfon, Pasha Insurance, Pasha Life, "Təmiz Şəhər" ASC, GRBS, Gənclər və İdman Nazirliyi, Regional Gənclər və İdman İdarələri və s.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol