• $
  • €
  • ₽
  • ₺
  • £

Maskaları dezinfeskiya edib təkrar taxmaq olar?

Maskaları dezinfeskiya edib təkrar taxmaq olar?
29.05.2020 08:04
Bütün tibbi maskalar birdəfəlikdir onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadə olunması yanlışdır.

Bunu tanınmış əczaçı Yıldız Türkaydın bildirib. O, N-95 maska deyil, cərrahi maska istifadə etməyi tövsiyə edib. Pandemiya dövründə bir çox maska çeşidlərinin gündəmə gəldiyini deyən mütəxəssis qeyd edib ki, əslində cərrahi maskalar istifadə üçün daha yararlıdır. N-95 maskalarını isə məhz yoluxucu xəstəliyi olanlarla yaxından təmasda olan tibb işçiləri taxmalıdır. Onun sözlərinə görə, bu maska bayırdan gələn havanı təmizləmək üçündür, maskanı taxan şəxsin verdiyi nəfəsi təmizləmək üçün nəzərdə tutulmayıb. Yəni həmin maska xəstə şəxsin viruslu nəfəsinin ətrafa yayılmasının qarşısını almır. Bu səbəbdən bu cür maska taxanlar onun üzərindən cərrahi maska da taxmalıdır.

Mütəxəssis deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq sonra yenidən istifadə etmək olmaz. Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır: "Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz”.

Son zamanlar maskaların dezinfeksiya olunub yenidən istifadə edilməsi məsələsinin gündəmə gəldiyini, hətta bəzi ölkələrdə N-95 maskalarının təkrar istifədəsi üçün dezinfeksiya olunması yönündə araşdırma getdiyini qeyd edən mütəxəssis hesab edir ki, maskaların hər hansı üsulla dezinfeskiyası onun bütünlüyünü, parçanın tamlığını pozaraq yararsız hala gətirir. Ona görə də bütün maskalar birdəfəlikdir, istifadədən sonra dezinfeksiya edib yenidən taxmaq olmaz.//e-tibb.az
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol