• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror bu işçiləri vəzifədən azad etdi

Baş prokuror bu işçiləri vəzifədən azad etdi
29.05.2020 02:15
Yeni Baş prokuror Kamran Əliyev bütün köməkçilərini – Namiq Məmmədov, Toğrul Muxtarov, Fərid Dadaşov, Natiq Eyvazov, Elvin Bəşirli və Elnur Eyvazovu vəzifədən azad edib.


Qaynarinfo  xəbər verir ki, işdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxlərin övladlarıdır.




Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.




Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.




Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə "Embawood” şirkətinin sahiblərindən biridir.




Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol