• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!
29.05.2020 07:29
Sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb
 
"Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə dəstəyini davam etdirir. Ötən iki həftədə olduğu kimi, müqəddəs Ramazan ayının üçüncü həftəsində də bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb.
 
Azercell xeyriyyə layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi siyahıya əsasən müqəddəs Ramazan ayı ərzində ümumilikdə 4000 aztəminatlı ailəyə ərzaq payı göndərməyi nəzərdə tutur. Sovqatların ölkə boyu müxtəlif ünvanlara çatdırılması Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt” MMC tərəfindən həyata keçirilir. 
 
Qeyd edək ki, şirkətin xeyriyyə təşəbbüslərinə Azercell əməkdaşları da qoşulub. Son iki həftə ərzində "Azercell Könüllüləri” öz növbəsində hər gün aztəminatlı ailələri ziyarət edib, onlara ərzaq yardımı paylayıb. Həssas zamanda vətəndaşlara dəstək olan "Azercell Könüllüləri” bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməyə hazırdır.
 
Azercell şirkətinin təşkil etdiyi yardım aksiyaları COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yüksəltmək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədi daşıyır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol