• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ

Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
29.05.2020 00:22
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı koronavirusdan vəfat edən şəxslərin dəfn edilməsi ilə bağlı qaydalara aydınlıq gətirib.
 
Anews.az-ın məlumatına görə, o bildirib ki, koronavirusla bağlı vətəndaşların dəfn edilməsində dini baxımdan heç bir dəyişiklik yoxdur:
 
"Burada müəyyən tibbi qaydalar var. Dəfn mərasimləri islami qaydalara uyğun həyata keçirilir. Sadəcə orada tibblə bağlı qoruyucu qaydalar var ki, bunlara əməl olunur”.
 
Xatırladaq ki, ötən ay "COVID-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə meyitin yuyulması zamanı təhlükəsizlik qaydaları müəyyənləşib.
 
Qaydalara əsasən, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir.
 
Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməlidirlər. İstifadə olunan fərdi qoruyucu vasitələr tibbi tullantı qabına atılmalıdır.
 
Yuyulma sahəsi qatı sekretlərlə (ifrazat) çirkləndiyi üçün 1/10 xlor məhlulu və ya xlor tableti ilə (məhsulun tövsiyəsi ilə) dezinfeksiya olunmalıdır.
 
Morq işçiləri və ölüyuyan işçilərə standart infeksiyadan qorunma və nəzarət tədbirləri vasitəsilə tənəffüs yolu ifrazatları və təmas tədbirləri barədə təlim verilməlidir.
 
Morq işçiləri və ölüyuyanlara əl gigiyenası kimi şəxsi gigiyena qaydalarına riayət edilməsinin əhəmiyyəti vurğulanmalıdır. Bölmədə istifadə ediləcək maskalar, əlcəklər, qoruyucu geyimlər, eynəklər, alkoqol əsaslı əl üçün antiseptiklər müvafiq qurumlar tərəfindən fasiləsiz təmin olunmalıdır. Şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu qoyulan şəxsin evdə ölməsi halında dəfn proseduru yuxarıda göstərilən qaydalar çərçivəsində aparılmalıdır. Cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır.
 
Şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozlu xəstələrin öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.
 
Ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə biləcəyi yaxınlarına bildirilir. Bu əşyaların atılması halında isə onlar tibbi tullantı hesab olunur.Yenicag.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol