• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu ərazisində 8 bina sökülür - VİDEO

Bakının bu ərazisində 8 bina sökülür - VİDEO
29.05.2020 07:57
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 55 №-li, 11 mart 2020-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının inşası "Ailə Park" MMC-yə həvalə olunub.

Qeyd edək ki, yenilənən binaların sakinləri ilə "Ailə Park” MMC arasında rəsmi müqavilə (notarial qaydada) bağlanılır və onlar müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülürlər.

Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir.

Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 faiz daha artıq və təmirli mənzillərə sahib olurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir.

Qərarda üç mindən artıq binanın yararsız olduğu bildirilib və bu günə kimi 1 200-dən çox yaşayış binası sökülərək müasiri ilə əvəz edilib.

Sözügədən ünvandakı binalar 1960-cı illərdə inşa olunub və artıq istismar müddətini başa vuraraq, yararsız vəziyyətə düşüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol