• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Gülalıyev Bakıya gətirilə bilər

Oqtay Gülalıyev Bakıya gətirilə bilər
29.05.2020 10:49

Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevdən uzun müddətdir ki, xəbər yoxdur. Sonuncu dəfə onun vəziyyəti ilə bağlı açıqlama fevral ayında ailəsi tərəfindən verilib. Bəs Oqtay Gülalıyevin hazırkı durumu necədir?
 
 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
 
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.
 
Bu ilin fevral ayında ailə üzvlərinin paylaşdıqları son məlumatlara görə, onun səhhətində irəliləyiş müşahidə edilib. Oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb: "Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsilə öz ayaqları üzərində dura bilir”.
 
Xanımı Firuzə Gülalıyeva "Amerikanın Səsi”nə deyib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq, Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb: "Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi”.
 
Onun indiki vəziyyəti barədə əksər dostları məlumata sahib deyillər. Lakin Oqtay Gülalıyevin durumundan xəbərdar olan professor Adil Qeybulla aşağıdakıları söyləyib: "Məlumatlı adam kimi deyirəm ki, hələ Oqtay Gülalıyev komadadır, ayılma yoxdur. Hesab edirəm ki, onun Azərbaycana qaytarılması, müalicənin burada aparılması daha məqsədəuyğundur. Oqtay Gülalıyevin komadan ayılması məsələsinə gəlincə isə, deyim ki, ümumiyyətlə, komadan ayılma şansı hər zaman var. Lakin bir məsələ var ki, koma dövrü uzandıqca ayılma şansı da aşağı düşür. Ən əsas şeylərdən biri də beyinin hansı itkilərlə komadan ayılacağı məsələsidir. Biz arzu edirik ki, beyin maksimum az itkilərlə ayılsın. Ancaq nəticəni birmənalı proqnozlaşdırmaq da çətindir. Travma beyinin sol yarımkürəsində olub. Həmin hissədə isə nitq, yazı mərkəzi və sairə var. Ona görə də hələ  biz bilmirik ki, beyin hansı imkanlarını saxlamaqla özünə gələcək. Bunun üçün zaman lazımdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol