• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
29.05.2020 03:07
Bakı sakinləri metro stansiyalarının girişlərində sərnişinlərin hərarətlərinin ölçülməməsindən narazılıq edirlər.
Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunub.
Vətəndaşlar iddia edirlər ki, metronun bəzi stansiyalarında yoxlamalara laqeyd yanaşılır:

"Metronun "Memar Əcəmi” , "Nəriman Nərimanov”, "Elmlər Akademiyası”, eləcə də "Şah İsmayıl Xətai” stansiyalarına daxil olarkən sərnişinlərin hərarəti ölçülmür. Digər stansiyalarda isə hərarətin hansı meyarlar əsasında ölçüldüyünü başa düşmək olmur. Stansiyalara vətəndaşlar tibbi maska ilə daxil olurlar. Metropoliten əməkdaşları niyə sərnişinlərin bəzilərinin hərarətini ölçür, bəzilərinin isə yox?
Sərnişinlər metropolitenə daxil olduqdan sonra maskaları çıxarırlar. Platformalarda karantin qaydalarına riayət edən sərnişinlərin sayı azdır. Metropoliten işçiləri tərtib edilən qaydaların riayət olunmasına ciddi nəzarət etmirlər. Sərnişinlər qatarlarda ara məsafəsini gözləmir və üzərinə işarə qoyulan oturacaqlarda əyləşirlər. Belə olan halda koronavirusa yoluxmaların sayı əlbəttə ki, artacaq”.
Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında sərnişinlərin iradlarını belə cavablandırıb.
O bildirib ki, sərnişinlərin hər birinin qaydalara ciddi nəzarət etməsinə fiziki olaraq nəzarət etmək mümkün deyil:
"Sərnişinlərin metroya daxil olan zaman hərarətinin ölçülməsi selektiv qaydada aparılır. Bütün stansiyalarda hərarətin ölçülməsi həyata keçirilir. Ola bilər ki, gün ərzində cihazın elektrik yükləyicisi bitir. Bu zaman bir müddət cihazın özünü bərpa etməsi üçün fasilə verilə bilər. Biz əvvəlcə də məlumat vermişdik ki, yoxlamalar əlavə ehtiyat tədbiri kimi aparılır. Bütün sərnişinlərin birmənalı şəkildə yoxlanılacağı deyilməyib.
Metropolitenin girişində laboratoriya şəraiti yoxdur ki, bütün sərnişinlərin hansı xəstəlik daşıyıcıları olduğunu müəyyən edə bilək. Ümumiyyətlə, "Bakı Metropoliteni”ndən istifadə qaydalarının beşinci bəndində qeyd olunub ki, əgər insan hər hansı xəstəliyə yoluxubsa, o, metropolitenə daxil olmamalıdır. Bu, dünya praktikasında da belədir”.
B.Məmmədov onu da əlavə edib ki, metropoliten əməkdaşları bu istiqamətdə xüsusi təlim keçiblər:
"Vətəndaşlar bunu ayrı-seçkilik kimi dəyərləndirməməlidir. Metro stansiyalarının girişlərində xidmət aparan əməkdaşlarımıza cihazın istifadəsi, eləcə də karantin rejimi qaydalarının tətbiqi istiqamətində təlimlər keçirilib. Onlar metropolitenə daxil olan zaman özünü şübhəli aparan, halsız olan sərnişinlərin hərarətini yoxlayırlar. Tibbi maskaların istifadəsinə də metroda ciddi şəkildə nəzarət olunur. Müntəzəm dezinfeksiya tədbirləri həyata keçirilir. Sərnişinlərimizin əksəriyyəti qaydalara özləri nəzarət edirlər. Bir qrup sərnişin olur ki, tibbi maskalarını çıxarır, onlarla da əməkdaşlarımız profilaktik söhbətlər aparmaqla, vəziyyətin ciddiliyini izah edirlər. Hələ ki, heç bir ciddi hadisə ilə qarşılaşmamışıq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol