• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ

Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ
29.05.2020 12:34
"Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq və ölkədaxili sərnişin daşıma fəaliyyətini bərpa etməyə hazır vəziyyətdədir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC Natavan Bayramova bildirib.

Onun sözlərinə görə, ancaq "Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırdığından , məhz Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq  bərpa edəcək.


"Lakin buna baxmayaraq "Azərbaycan Dəmir Yolları" QSC bu müddət ərzində qatarların, xətlərin , yolların xidmətə hazır  vəziyyətdə olması  üçün müvafiq  texniki işləri həyata keçirməkdədir. Odur ki, qərar olan kimi biz fəaliyyətə başlayacağıq. Hesab edirəm ki, iyunun 1-dən sonra yumşaldılma prosesi davam edərsə və pandemiya ilə bağlı durum imkan verərsə  beynəlxalq və ölkədaxili sərnişin daşımaya da icazə verilə bilər. Bir daha qeyd edirəm ki, bu  Nazirlər Kabinetinin qərarından asılıdır”- N.Bayramova bildirib.

Bununla belə o əlavə edib ki, bütün sahələrə olduğu kimi pandemiya Dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımaya təsirsiz ötüşməyib: "Düzdü  yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb.

"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıldığından, yalnız Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə məhdud sayda qatar  işləyir. Statistik göstəricilərə gəlincə, bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq, 430 mindən çox. Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.

Məlumat üçün bildirim ki, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişin sıxlığının artdığını nəzərə alaraq, xəttə daha 2 qatar buraxılıb. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə xəttə daha 2 qatar  əlavə edilib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol