• $
  • £

Bu universitetdə bəzi fakültələr ləğv edildi

Bu universitetdə bəzi fakültələr ləğv edildi
01.06.2020 21:00
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişiklikləri olub.
Universitetdən "Qafqazinfo"ya verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib.

UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb.

Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.
Həmçinin "Rus dili” kafedrası ləğv edilərək, "Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, "Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.

Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir
Cəmiyyət 11:02
Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir
Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Cəmiyyət 10:40
Cinayətdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Bank məlumatlarının oğurlanması kibercinayətlər arasında ilk yerdədir
Cəmiyyət 10:36
Bank məlumatlarının oğurlanması kibercinayətlər arasında ilk yerdədir
Uşaqların rəqəmsal təhlükəsizliyi və ailə dəyərlərinin qorunması prioritet olaraq qalır
Cəmiyyət 10:17
Uşaqların rəqəmsal təhlükəsizliyi və ailə dəyərlərinin qorunması prioritet olaraq qalır


Əfqan Sadıqov həbs edilib
Cəmiyyət 09:44
Əfqan Sadıqov həbs edilib
Sabah Bakının iki rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:48
Sabah Bakının iki rayonunda işıq kəsiləcək
Ağdaşda kanaldan kişi meyiti tapılıb
Cəmiyyət 22:30
Ağdaşda kanaldan kişi meyiti tapılıb
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
Cəmiyyət 22:19
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 21:21
Sabah bu ərazilərdə qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol