• $
  • £

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”
01.06.2020 20:28
Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri onun qeyd-şərtsiz günahsız olduğunu bəyan ediblər.
Xüsusilə vəkil Murtuzəli Abbasov Oxu.Az-a deyib ki, müdafiə etdiyi şəxsin cinayətlə əlaqəsi yoxdur, yəni təqsirləndirilən şəxsin etirafı istintaq tərəfindən təzyiq altında alınıb.

"Təbii ki, istintaqla razılaşmırıq, ancaq istintaqın məxfiliyinin açıqlanmaması haqqında akt imzaladığımız üçün təfərrüatları açıqlaya bilmərik” – deyə vəkil bildirib.
Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə qonşuluqda təşkil olunan toy şənliyi zamanı yoxa çıxmışdı. Bu ilin yanvarın 6-da onun öldürüldüyü və yaşadığı evin yaxınlığında yandırıldığı məlum oldu. İ.Süleymanov qızın meyiti haqqında qonşulara və polisə məlumat verən ilk şəxs olmuşdu. Daha sonra o həmin cinayətdə şübhəli bilindi və iki maddə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 (qəsdən adam öldürmə) və 145 (qanunsuz həbs) ilə ittiham edildi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə zəlzələ olub
Cəmiyyət 23:00
Lerikdə zəlzələ olub
Sumqayıtda evdə yanğın olub
Cəmiyyət 22:30
Sumqayıtda evdə yanğın olub
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Cəmiyyət 21:30
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Cəmiyyət 18:30
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Cəmiyyət 17:35
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 16:12
Sabah çimərliklərdə hava necə olacaq?
Müştərinin çantasını oğurlayan şəxs tutulub
Cəmiyyət 15:52
Müştərinin çantasını oğurlayan şəxs tutulub
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Cəmiyyət 14:44
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol