• $
  • €
  • ₽
  • ₺
  • £

"Tələbələrin təhsil güzəşti tələb etməyə haqqı var" - AÇIQLAMA

"Tələbələrin təhsil güzəşti tələb etməyə haqqı var" - AÇIQLAMA
08.06.2020 17:50
Bir qrup tələbə COVİD-19 pandemiyası ilə əlaqədar ənənəvi qaydada dərslərin dayandırılması, online dərslərin isə istənilən səviyyədə keçilməməsi səbəbindən onlardan təhsil haqqının tələb olunmasına etiraz edib. Tələbələr hesab edirlər ki, pandemiya dövründə normal təhsil ala bilmədiklərinə görə ikinci semestr təhsil haqqından və imtahanlardan azad olunmalıdırlar. Bu tələblərini çatdırmaq üçün iyunun 1-də Təhsil Nazirliyinə gedən bir qrup tələbə nazirliyin qarşısında polis tərəfindən saxlanılıb.

Saxlanılanlardan birinə – Bakı Dövlət Universitetinin tələbəsi Rüstəm İsmayılbəyliyə aksiyadan sonra 15 sutka inzibati həbs cəzası verilib. Daha beş nəfərə isə ümumilikdə 700 manat cərimə kəsilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarını pozma) maddəsi ilə təqsirli bilinib.
 
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, martın 3-dən etibarən təhsil prosesinin dayanması həm təhsil alanlara, həm təhsil verənlərə ciddi maneə yaradır.  Belə bir vaxtda bakalavr pilləsində təhsil alanlara ali məktəblərə qəbul olan zaman universitetlərin öhdəlikləri yerinə yetirmədiyinin şahidi olduq. Onlayn tədris  zamanı da dərslər əhatəli və davamlı olmadı.
 
"Bütün bunların fonunda tələbələr online dərslərin pulunu verməmişdilər. Onlar ənənəvi təhsilin pulunu ödüyüblər. Bu zaman ali təhsil müəssisələri təhsil haqqını tələb etməkdə haqlıdır, amma köhnə qiymətlərlə tələb etməməlidir", - deyə Əsədov bildirib. .
 
Təhsil ekspertinin sözlərinə görə, dünya təhsil təcrübəsində online dərslərin qiymətləri ənənəvi dərslərlə müqayisədə azı 2 dəfə ucuzdur. Əgər ənənəvi dərslərdə ali təhsil müəssisələri işıq pulu, təmizlik pulu, müəllim pulu və.s xərcləri ödəyirlərsə, online dərslərdə hər iki tərəf eyni xərci çəkmiş olur. Nəticə olaraq ali təhsil müəssisələri təhsil haqqları ilə bağlı güzəşt etməlidir.
 
 Kamran Əsədov qeyd edib ki, pandemiya ilə əlaqədar ölkədə bir çox sahələrdə gəlirlər aşağı düşüb." Universitetlər də tələbələri məcbur edir ki, gətirib pulu versin. Bu gün tələbələrin iki problemi var: ödənişlər və imtahanların keçirilməməsi", - deyə o, əlavə etdi. .
 
Ekspert bildirir ki, bu məsələdə tələbələr haqlıdır  və ödənilşəri geri tələb edə bilərlər.  "Amma imtahanların ləğv edilməsi doğru qərar olmazdı. Çünki imtahanların ləğv edilməsini zəif oxuyan tələbə istəyə bilər. Oxuyan uşaqlar imtahan verib öz qiymətini almaq istəyir. Tələbələr güzəşt edilməsi dünya təcrübəsində bu məsələ bu formada həll olunub ki, növbəti il üçün tələbələrə ödənişlər zamanı 50 faiz güzəşt ediləcək. Azərbaycan da bu təcrübədən istifadə etməlidir. ", dedi Kamran Əsədov.  
 
Ekspert son olaraq onu vurğuladı ki, artıq Azərbaycanda online dərslər qanuni formada keçirilməlidir. Çünki hazırda bu dərslərin keçirilməsi qanunla tənzimlənmir. Nə baş nazırın, nə də təhsil nazirliyinin bununla bağlı qərarı yoxdur. Əgər bu qanuni qüvvəyə minərsə hər şey daha normal və uğurlu sistemdə olar, – deyə o bildirib.
 
Deputat Rüfət Quliyev isə anews.az-a açıqlamasında bildirdi ki, tələbələrə güzəşt edilməsinin tərəfdarıdır. Bu sistemdə ehtiyacı olan tələblərə müəyyən qədər güzəştlər edilməlidir. Bunun üçün həmin tələbənin maddi durumu, ailə vəziyyəti nəzərə alınıb, araşdırmalıdır. Amma ümumilikdə tələbələrə ödənişlərlə bağlı yardım edilməsi birbaşa həmin universitetin maliyyə vəziyyətindən asılıdır. Çünki universitetlərdə problemlər, orda çalışan müəllimlərin maaşları tələbələrin ödənişləri əsasında həyata keçirilməlidir.

Millət vəkili onu da qeyd edib ki, pandemiya dövrü hər kəsə distans dərs keçməyin vacib olmağını öyrətdi.Azərbaycanda distans təhsili hələ ki, UNEC keçir.
 
Rüfət Quliyev Texniki univetsitetin kafedra müdiri kimi, 35 illik müəllim kimi hesab edir ki, təhsil sistemi müəllimlə tələbə arasında təmas zamanı daha kefiyyətli olur. Bu zaman tələbənin mənimsədiyi bilik daha uğurlu nəticə verir. Buna baxmayaraq online dərslərin keçirilməsi elə də uğursuz bir sistem deyil. Millət vəkilinin qeyd etdiyi kimi, işlədiyi Azərbaycan Texniki Universitetində bu sistem çox gözəl tətbiq olunub. Tələbələrin 75 faizindən çoxu online dərslərdə iştirak edib.
 
Azərbaycan Dillər Universitetinin həmkarlar ittifaqının sədri Şahin Sərdarlı isə bildirib ki, tələbələrin ödənişləri ilə bağlı güzəştlərin edilməsi birbaşa Nazirlər Kabinetinə aid olan məsələdir. Amma ümumiyyətlə Dillər Universitetində pandemiya dövründə bir çox ehtiyacı olan tələbələrə yardımlar edilib. Martda 110 tələbəyə 50 manat məbləğində yardım edilib. Daha sonra bir çox yataqxanada qalan tələbələrə ərzaq və maddi yardım edilib. Universitet sözçüsünün sözlərinə görə, pandemiya dövründə sıxıntılarla bağlı müraciət edən bütün tələbələrin probleminə baxılıb və imkan daxilində yardım edilib, - deyə bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol