• $
  • €
  • ₽
  • ₺
  • £

İki nazirlik birgə müraciət yayıb

İki nazirlik birgə müraciət yayıb
08.06.2020 17:41
Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları  yanaraq külə dönür.  Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb:

"İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, taxıl biçinindən sonra sahələrə od vuran fermerlərin, təbiət ərazilərinə yaxın kəndlərin sakinlərinin odla ehtiyatsızlığından və digər səbəblərdən baş verir. İsti, quraq yay günlərinin və taxıl biçini mövsümünün başlaması yanğınların başvermə ehtimalını artırır və qabaqlayıcı  tədbirlərin görülməsinə zərurət yaranır”.

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri yanğın hadisələrinin baş verməməsi üçün fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara,  ümumilikdə bütün əhaliyə müraciət ünvanlayıb: "Fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, biçindən sonra  sahələrə od vurmasınlar, kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz meşə yanğınlarına səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər. 

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri belə halların baş verməməsi üçün fermer təsərrüfatları, bələdiyyələr və kənd əhalisi ilə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün maarifləndirmə işlərinə başlayıb. 

Yanğın hallarının qarşısının alınması, günahkar şəxslərin müəyyən edilməsi və onların həm qanun qarşısında cavab verməsi, həm də ictimai tənbeh olunması üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol