Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yanıb.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford” markalı avtomobil qəfildən yanmağa başlayıb. Avtomobilin sürücüsü və ətrafdakılar yanğını söndürməyə cəhd etsələr də, bu, mümkün olmayıb.
Əraziyə Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
www.anews.az
























