• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli rayonunda taxıl biçini davam edir

Füzuli rayonunda taxıl biçini davam edir
11.06.2020 19:30
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.
 
Bununla yanaşı aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.
 
Məhz bunun nəticəsidir ki, Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir. Füzulidə 2019-2020-ci təsərrüfat ilində 37 min hektardan artıq sahədə payızlıq əkin aparılıb, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib, taxıl sahələrində bol məhsul yetişdirilib.
 
Artıq on gündür ki, rayonda taxıl biçininə strart verilib. Taxıl biçininin vaxtında, itkisiz və qısa müddətdə aparılması üçün 50-dan artıq taxılyığan kombayn prossesə cəlb olunmaqla, ilk əvvəl arpa sahələri və düşmənlə təmas xəttinə yaxın olan ərazilərdə biçin işləri həyata keçirilir. Bu günə kimi 5499 hektar sahədə taxıl biçini aparılıb ki, bunun da 4790 hektarı arpa, 709 hektarı isə buğdadır. Havaların yağıntısız, quraq keçməsi biçin mövsümünün vaxtında və itkisiz başa çatdırılmasına imkan verəcəkdir.

 Rayonun taxıl istehsalçıları bu il də buğda sahələrindən ən az 30 sentner məhsul götürməyi, Füzuli rayonunun respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlar sırasındakı yerini qorumağı qarşılarına məqsəd qoyublar. Füzulili taxıl istehsalçıları becərdikləri sahələrdən bol məhsul götürməklə həm rayonun daxili tələbatını ödəyirlər, həm də respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol