• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib
12.06.2020 14:27
"Nar" alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə verib. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
 
Yeni baza stansiyası vasitəsilə kəsintisiz şəbəkə təcrübəsini, yəni enerji təminatının daimiliyini təmin etmək üçün hibrid günəş sistemindən istifadə olunur. Belə ki, sahədə quraşdırılan əlavə elektrik batareyaları günəş şüalarının azaldığı zaman, buludlu hava şəraitində, axşam və ya gecə saatlarında ehtiyat enerji rolunu oynayaraq fasiləsiz təchizatı qorumağa imkan verir.
 
Alternativ enerji mənbəyi olaraq günəş enerjisindən istifadənin ətraf mühit üçün bir çox faydaları var. Panellərə texniki qulluq prosesinin zərərsiz olması, batareyaların uzunömürlülüyü və davamlılığı ətraf mühitin qorunmasına öz müsbət töhfəsini verir. Daha dayanıqlı "yaşıl” həllər üzərində çalışan "Nar”, bərpaolunan  enerji mənbələrindən istifadəni artırmaq üçün gələcək perspektivləri də dəyərləndirir. 
 
Hal-hazırda mobil operatorun 4G və 4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. "Nar” şəbəkəsi ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2.3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Daha ətraflı məlumat nar.az səhifəsindən əldə etmək olar.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
 
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol