• $
  • €
  • ₽
  • ₺
  • £

"Nərmin cinayəti"lə bağlı YENİ XƏBƏR

"Nərmin cinayəti"lə bağlı YENİ XƏBƏR
12.06.2020 14:32
Azərbaycanda böyük rezonans dorğuran "Nərmin cinayəti”lə bağlı yeni məlumatlar var.

Anews.az xəbər verir ki, bu barədə Modern.az-a 2019-cu ilin noyabrında Tovuzun Dondar Quşçu kəndində itkin düşən, 2020-ci ilin ilin yanvarında yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın valideynləri məlumat veriblər.

N.Quliyevanın anası Aliyə Quliyeva bildirib ki, övladının qatili İlkin Süleymanovdur:

"Mənim balamı öldürən İlkindir. Yayılan səs yazıları, "Youtube”a yerləşdirilən videoların hamısı onun qohum-əqrəbasının işləridir. Onlar bununla özlərini müdafiə etdiklərini düşünürlər. Amma vaxtında, bu işi biləndə uşağımı gətirib verərdilər. İndi hər şey üçün gecdir”.

Nərmin Quliyevanın atası Şərif Quliyev deyib ki, dövlətin, qanunun verəcəyi qərarlara gözləyirlər:

"Bizim başqa söykənəcəyimiz bir şey yoxdur. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalara inanırıq. O yayılan səs yazısı da araşdırıldı. Məlum oldu ki, bunu İlkinin qohumları onu təmizə çıxarmaq üçün edirlər. Hətta şayiə yayırlar ki, guya bizə dövlət pul verir, yardım verir. Ağıllarına gələni danışırlar. Çünki bilirlər ki, İlkin günahkardır.

Nərmin rəhmətə gedəndə iş adamları bizə dəstək oldular, bunu danmaq olmaz, çox sağ olsunlar. Amma demək ki, bizə dövlət tərəfindən yardım edilir və s. ağ yalandır. İlkinin ailəsinin çalışdığı odur ki, biz onlardan şikayətçi olmayaq və o azadlığa çıxsın. Amma onu biz şikayət etməmişik, hüquq-mühafizə orqanları araşdırıb tapıb təqsirkarı.

O səs yazılarını da özləri yaymışdı. 1 həftə əvvəl "Youtube”da İlkinin atası, qardaşı və əmisi oğlunun yaydığı videoda deyir ki, "Nərminin qəbri açılıb”. Əgər düzgün adamlardırlarsa, qoy desinlər bunu kim deyib. Axı belə bir şey yoxdur. Mənim övladımın qəbri açılsa, birinci mənim icazəm olmalıdır, ekspertiza, hüquq-mühafizə orqanlarının qərarı olmalıdır. Bütün ekspertizalar aparılıbsa, qəbir niyə yenidən açılsın?! Niyə mənim balamın ruhunu incidirlər! O videodan sonra uşağın qəbrinin videosunu da göndərdim Baş Prokurorluğa. İlkinin ailəsinin istədiyi yalnız və yalnız izi itirməkdir. Amma ata kimi mənim ürəyim yanır. Hər gün balamın yandırıldığı yerdən keçirəm. Bunu sözlə ifadə etməkdə acizəm. Allah heç kimə bala dərdi çəkdirməsin. Mənə çəkdirənlərin cəzasını qanunlarımızın verəcəyindən əminəm”.

Ş.Quliyev deyib ki, yaxın günlərdə Bakıya gələcək:

"Bir neçə gün əvvəl İlkinin qapalı məhkəməsi keçirilib, heç bir məluamtımız yoxdur. Bakıya gəlməkdə məqsədim bununla bağlı Baş Prokuroluğa gedib, məlumat almaqdır”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Daha sonra İ.Süleymanov etirafa məcbur edildiyini iddia edib. Onun vəkilləri bununla bağlı Baş Prokurorluğa şikayət edib və buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin Baş prokurorun sabiq I müavini Rüstəm Usubov şikayətin əsassız olması, buna görə də cinayət işi başlanmasının rədd olunması ilə bağlı qərar verib. Müdafiçilər həmin qərarın ləğvi üçün bir neçə gün əvvəl məhkəməyə müraciət ediblər. Həmin şikayatə iyunun 3-də Səbail rayon Məhkəməsində baxılıb. Qapalı keçirilən məhkəmə iclasına İlkin Süleymanovun özü də gətirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol