• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” gücləndirilmiş rejimdə işləyəcək

“Azəriqaz” gücləndirilmiş rejimdə işləyəcək
12.06.2020 20:30
Nazirlər Kabinetinin 9 iyun 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək. Bir çox sahələrdə fəaliyyət dayandırılsa da, kommunal xidmətlər, o cümlədən qaz təsərrüfatı istisna edilən sahələrdəndir.

Anews.az-in məlumatına görə, "Azəriqaz” İstehsalat Birliyi abonentlərinin nəzərinə çatdırır ki, 14 və 16 iyun tarixlərində hər hansı bir problemlə üzləşərlərsə, Birliyin 104/185 saylı "Çağrı Mərkəzi”nə zəng etsinlər. Eyni zamanda (+994 77) 3 104 104 "Whatsapp" nömrəsinə səsli, görüntülü və yaxud yazılı mesajlarını göndərsinlər. Birlik sərt karantin rejiminin tətbiq olunduğu günlərdə məhdud sayda işçilərlə fəaliyyət göstərməsinə baxmayaraq, çalışacaq ki, müraciətlərin icrasını vaxtında və qüsursuz təmin etsin.

"Azəriqaz” İstehsalat Birliyi olaraq smart-kart tipli sayğaclardan istifadə edən abonentlərdən xahiş olunur ki, sayğaclarının istifadə olunmayan qalıq qaz həcmini nəzərdən keçirsinlər. Əgər iki gün sərt karantin vaxtında bu qalıq qaz həcmi onların təlabatını ödəməyəcəksə, mütləq 14 iyun tarixinə qədər balansı artırsınlar. Çünki 14 və 16 iyun tarixlərində hər hansı ödəniş məntəqəsi işləməyəcək və bu halda qazsız qalmanız qaçılmazdır.

Qeyd edək ki, ötən həftə əvvəlcədən xəbərdarlığa baxmayaraq, iyunun 6-sı və 7-də belə hallar müşahidə edilib. Ona görə də smart-kart tipli sayğaclardan istifadə edən abonentlərə tədbirli davranmaları tövsiyyə edilir. Bunun üçün smart-kartlarına müəyyən qədər ehtiyat məbləğ yükləmələri məsləhət görülür. Eyni zamanda kart oxuyucu (card-reader) cihazı olan abonentlər asanlıqla onlayn ödəmə portalları vasitəsilə ödənişi həyata keçirə bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol