• $
  • €
  • ₽
  • ₺
  • £

120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuş

120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuş
12.06.2020 21:00
Bakı Metropolitenində polis tərəfindən həbs olunan 1963-cü il təvəllüdlü Mirvari Hüseynova əvvəllər paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu barədə Anews.az hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Xatırladaq ki, qadın iyunun 10-da Bakı metrosunda əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib.

Əməliyyatçıların şübhələri axtarış zamanı onun çantasında 900 ədəd psixotrop "Tramadol” həbi və 56 ədəd "Paden-300” kapsulu tapıldıqdan sonra təsdiqlənib.
Eyni zamanda, M.Hüseynovanın təkbaşına fəaliyyət göstərmədiyi müəyyən olunub. Metroda çox şübhəli davranan 22-25 yaşlı gənclər əməliyyatçıların diqqətini çəkib. Onlardan biri sonradan tutulub. Məlum olub ki, M.Hüseynova saxlanılan şəxsdən kuryer kimi istifadə edib. O, M.Hüseynovanın adından malı alıcıya çatdırıb və pulu götürüb. "Tramadol”un 10 həbi 120 manata satılıb.

Qadının danışmağa getdiyi "Molekul” apteklər zəncirindəki ticarət obyektinin məsul işçisi də tutulub. M.Hüseynovanın əlbir olduğu şəxslərin adları hələlik açıqlanmayıb. Hazırda istintaq psixotrop dərmanların satılması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol