Bu gün Bakının girişində yaranan tıxac zamanı əks yola çıxaraq hərəkət edən avtomobillərin sürücüləri cərimə olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Astara-Ələt-Bakı yolunun Ələt qəsəbəsi ərazisində quraşdırılan karantin postunda yoxlamalar zamanı yaranan tıxacda əks yola çıxaraq özlərinin və digərlərinin həyatını riskə atan sürücülər olub: "Həmin şəxslər bir qədər irəlidə saxlanılıb və geri qaytarılıb.
www.anews.az