• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu” rəsmisindən su problemi ilə bağlı AÇIQLAMA

“Azərsu” rəsmisindən su problemi ilə bağlı AÇIQLAMA
19.06.2020 14:59
"Susuz deyilik, sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də verdiyi məlumatlara görə, hər il ölkədə su ehtiyatlarında azalma dinamikası müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə (iyun ayının ilk 10 günü - red.) bu il suya tələbat 38 faiz artıb”.

Anews.az xəbər verir ki, bunu "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün su ehtiyatları az olsa da, ölkədə su ilə bağlı yarana biləcək ciddi təhlükənin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilib:

"Martın əvvəllərində "Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Eyni zamanda, Şəmkirçay ilə yanaşı, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsəydi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yarana bilərdi. Ötən həftə paytaxtın bir sıra ərazilərində yaşanan su problemi isə obyektiv səbəblərlə bağlı idi. Bilirsiniz ki, Kür çayında suyun səviyyəsi aşağı düşüb və bununla əlaqədar çaydan suyu götürərək emala göndərən üzən nasos stansiyalarında çətinlik yaranıb.

Lakin bir həftə ərzində xüsusi texnika ilə həmin ərazidə əməkdaşlarımız işlər gördü, nasosların ətrafı lildən təmizləndi. "Azərsu” ASC Kürdən Bakıya saniyədə bir kubmetrdən az su verirdi. Havaların istiləşməsi ilə suya tələbat da artdı. Mövsümlə əlaqədar bağ sahələrində hovuzlar, suvarma məsələləri rejimlərimizdə kiçik çətinliklər yarandı. Suyun təzyiqini artırsaq da, xətlərdə problemlər meydana gəlirdi. Problemlərin böyük əksəriyyəti şəhərin şərq hissəsində - Xəzər, Suraxanı, Sabunçu, Abşeron rayonları və Bağlar massivində hiss olundu”.

A.Cəbrayıllı onu da əlavə edib ki, şəhərin qərb hissəsində də kiçik problemlər hiss olunsa da, qısa zaman ərzində aradan qaldırılıb:

"Suya tələbatın artması hidrovlik rejimlərimizdə dalğalanmalara səbəb olurdu. Şəhərin qərb hissələrində - Yasamal, Qaradağ, Nəsimi, Nərimanov, Nizami rayonlarında, eləcə də Sumqayıtda çox cüzi hiss olundu. Qurumun əməkdaşlarının 24 saat suyun verilmə rejimlərinə ciddi nəzarət etməsi ilə problemi aradan qaldıra bildik. Bu gün bəzi ərazilərdə lokal problemlərimiz qalıb. Buna həm də ölkədə mövcud olan pandemiya dövrünün də təsiri olub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol