"Bibiheybət yolu" açıldı

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.
Anews.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, yol dünən gecədən istifadəyə verilib:
"Dünən gecə yol asfaltlandıqdan sonra istifadəyə verilib. Yoldan şəhərə giriş-çıxış tam bərpa olunub”.
www.anews.az
























