• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlandı
11.07.2014 15:57
Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artıbÖlkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyun ayının 1-i vəziyyətinə 9520,3 min nəfərə çatıb.ANS PRESS-in məlumatına görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir. Əhalinin 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.Bu ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb.Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30,9 min nikah və 5,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 7,9 və 1,3) qalıb.Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən bu ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 675 nəfər gələn və 319 nəfər ölkədən gedən qeydə alınıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol