• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin cərimələri artırılıb- YENİLƏNİB

Karantin cərimələri artırılıb- YENİLƏNİB
29.06.2020 11:11
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə  dəyişiklik edilməsi  məsələsi I oxunuşda müzakirəyə çıxarılıb.

"Qafqazinfo” xəbər verir ki, Məcəlləyə təklif edilir ki, epidemiya əleyhinə rejimin sanitar gigiyena və karantin rejimlərin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək cərimə edilsin.

 İşin hallarına görə, xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 211.2- ci maddəsinə təklif edilir ki, epidemiya əleyhinə rejim sanitar gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilsin.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200, vəzifəli şəxslər 400, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilməsi təklif edilir.
 
Layihənin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, bu çox ciddi məsələdir: "Bu, milli təhlükəsizlik məsələsidir. Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq. Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın. Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır. Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.
***
"Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə əsasən dəyişiklik layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol