Hövsan qəsəbəsinin bir hissəsində içməli su problemi yaranıb.
"Azərsu” ASC-dən Anews.az-a verilən məlumata görə, qaz xəttinin çəkilişi zamanı Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xətti zədələnib. Bu səbəbdən Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.
Hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq