• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkilindən ürək dağlayan paylaşım

Millət vəkilindən ürək dağlayan paylaşım
07.07.2020 23:46
Dünən tanınmış idmançı, Avropa və Dünya çempionu Rüfət Güləliyevin, bu gün isə Qarabağ müharibəsi veteranı, "Azərbaycan Bayrağı" ordenli Zöhrab Alıyevin vəfatı barədə xəbərlər məni dərindən kədərləndirdi. Onların hər ikisi vətənpərvər, xalqımıza və dövlətimizə şərəflə xidmət edən insanlar olub. Fərqli cəbhələrdə, amma eyni amal uğrunda – Azərbaycan uğrunda, üçrəngli müqəddəs bayrağımız uğrunda mübarizə aparıblar.
Rüfət çox gənc idi. Onu qarşıda uğurlu karyera, böyük zəfərlər gözləyirdi. Belə erkən dünyasını dəyişməsi qəlbimizi göynədir.
Zöhrab Alıyev vətənin çağırışına ilk səs verənlərdən, əlinə silah alıb düşmən qarşısına çıxan ilk könüllülərdən idi. Laçında və Füzulidə gedən döyüşlərdə igidlik, şücayət göstərmişdi. Hoçaz dağı uğrunda  döyüşdə yaralansa da, sağalan kimi yenidən səngərə qayıtmış, düşmənlə mübarizəni davam etdirmişdi. Bir qazi olaraq hər zaman işğaıçılarla – gözəgörünən düşmənlərlə döyüşə hazır idi...
Təəssüf ki, bu gün o, bütün dünyanın mübarizə apardığı gözəgörünməyən düşmən – koronovirus COVİD-19 virusuna məğlub oldu. 
Rüfət Güləliyev və Zöhrab Alıyevin vəfatı ilə bağlı ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Onların xatirəsi bizim üçün daim əziz olacaq.
COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə vəziyyət o səviyyəyə çatıb ki, artıq hər birimizin ətrafında, yaxınında, hətta ailəsində kiminsə virusa yoluxduğunun şahidi oluruq. Hər bir həmvətənimizi, o cümlədən seçicilərimi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qayda və tələblərə əməl etməyə, sosial məsafə saxlamağa, qoruyucu vasitələrədən istifadəni qətiyyən yaddan çıxarmamağa, çağırıram. Hər birimiz bilməliyik ki, bu tələblərə əməl etməklə, sadəcə, özümüzü yox, ailə üzvlərimizi və doğmlarımızı da qorumuş oluruq. Gəlin, bu gözəgörünməz düşmənə qarşı birlikdə mübarizə aparaq. #bizbirlikdegucluyuk

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol