• $
  • €
  • ₽
  • ₺
  • £

“SMS-imi yoxlayan polis sonra məni tapıb mesaj yazdı” - FOTO

“SMS-imi yoxlayan polis sonra məni tapıb mesaj yazdı” - FOTO
18.07.2020 10:44
Ötən gün Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisi polis əməkdaşının onun şəxsi məlumatlarını əldə etməsi iddiası ilə bağlı paylaşım edib. 

S. Mahmudova feysbukda açıq post paylaşaraq Daxili İşlər Nazirliyindən məsələnin araşdırılmasını tələb edib. Şikayətçi vətəndaş hətta həmin polisin olduğu iddia edilən fotonu da hesabında paylaşıb. 

Onun sözlərinə görə, Koroğlu metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb: "Daha sonra həmin şəxs mənə messenger vasitəsilə mesaj yazıb. 2-3 metr aralıda yenə bir polis məni yoxladı. Halbuki həmin şəxs gördü ki, artıq mən yoxlamadan keçmişəm. Bu, ancaq cavan qadınların başına gəlir. Belə çıxır ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edirlər. Mən vətəndaş olaraq nazirlik işçiləri tərəfindən sosial şəbəkədə bu cür narahat edilmək istəmirəm”.

Məsələylə bağlı Bakı şəhər Baş Polis İdarəsiylə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, məsələ araşdırılır, nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol