Astarada qaynaqçını avtomobil vurdu

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Cənub Mərkəzinin məlumatına görə, qəza Maşxan kəndində, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1963-cü il təvəllüdlü Yusif Yusif oğlu Babayev Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Elvin Allahverdi oğlu İbrahimovun idarə etdiyi "Mercedes” markalı avtomobil tərəfindən vurulub. Ağır dərəcəli bədən xəsarətləri alan Y.Babayev hadisə yerində ölüb. Onun ərazidə qaynaq işləri apardığı söylənilir.
www.anews.az
























