Bakıda dörd uşaq liftdə qaldı

Bakı şəhərinin Binəqədi və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı iki müraciət daxil olub.
Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən dördü azyaşlı olmaqla, altı nəfərin liftdən çıxarılması təmin edilib.
www.anews.az
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
www.anews.az
























