• $
  • €
  • ₽
  • ₺
  • £

Sel bir nəfərin ölümünə səbəb olub - Azərbaycanda

Sel bir nəfərin ölümünə səbəb olub - Azərbaycanda
08.07.2014 14:43
Göygöl rayonuna yağan güclü leysan bir nəfərin həyatına son qoyub.

Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, rayonun dağlıq ərazisinə yağan güclü leysan Gəncə çayında suyun səviyyəsini artırıb. Nəticədə çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb. Çayın kənarında olan iaşə obyektlərinə su dolub. Leysan nəticəsində çayın kənarında olan yeməkxanalardan birinin su ilə dolması nəticəsində orada mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğularaq ölüb.Bundan başqa, rayonun 6 yaşayış məntəqəsinə gedən elektrik dirəkləri aşıb və kəndlər enerjisiz qalıb. Həmçinin rayonun kənd təsərrüfatı və yol infrastrukturuna ciddi ziyan dəyib. Turani Əliyev, hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol