• $
  • €
  • ₽
  • ₺
  • £

Universitetdəki qanun pozuntuları açıqlandı

Universitetdəki qanun pozuntuları açıqlandı
08.07.2014 14:12
Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə qərar qəbul edib. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, özəl ali təhsil müəssisəsi olan Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) fəaliyyətinə verilmiş 5 illik lisenziyanın müddəti 2013-cü ilin sonunda başa çatıb. Lisenziyanın müddətinin uzadılması ilə bağlı universitet tərəfindən təqdim edilmiş sənədlər diqqətlə araşdırılıb, habelə Təhsil Nazirliyinin əmri ilə yaradılmış ekspert qrupu ali məktəbin fəaliyyəti ilə yerində tanış olub.Aparılmış araşdırma nəticəsində AİSU-da tədris prosesinin formal xarakter daşıdığı, elmi-pedaqoji heyətinin pozuntularla komplektləşdirildiyi və kafedraların mövcud qaydalara zidd təşkil olunduğu müəyyən edilib.Universitetin maddi-texniki bazasının yerində yoxlanılması göstərib ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülmüş mənzillərdə yerləşən bu ali təhsil müəssisəsində yaradılmış şərait Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin minimal tələblərinə uyğun gəlmir.Qeyd olunan nöqsan və çatışmazlıqların bu ali təhsil müəssisəsində tədris prosesinin davam etdirilməsinin qeyri-mümkün etdiyini nəzərə alaraq, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın qüvvədə olma müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edib. Universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi və bununla əlaqədar digər təşkilati işlərin həyata keçirilməsi məqsədi ilə İşçi Komissiyası yaradılıb.Bu gündən etibarən komissiya universitetdə təhsil alan tələbələri və onların valideynlərini qəbul edib, ixtisasları və təhsil haqqı baxımından uyğun gələn digər ali təhsil müəssisələrində onların yerləşdirilməsi məsələlərinin həlli ilə məşğul olacaqdır.Təhsil Nazirliyi tələbələrin diqqətinə çatdırır ki, onların müvafiq ali təhsil müəssisələrində yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və qısa müddət ərzində başa çatdırılacaq. Cari ilin məzunları diplomlarını Azərbaycan İctimai-Siyasi Universitetindən alacaqlar.Təhsil Nazirliyi onu da qeyd edir ki, lisenziyanın geri alınması özü-özündə hüquqi şəxs kimi universitetin ləğvi demək deyil və qanunvericiliklə müəyyən edilmiş şərtlər yerinə yetirildiyi halda, bu qurum ali təhsil fəaliyyətinin göstərilməsi məqsədi ilə lisenziya üçün yenidən müraciət etmək hüququna malikdir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol