• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçaladakı su problemi aradan qaldırılır?

Neftçaladakı su problemi aradan qaldırılır?
24.07.2020 16:17
"Azərbaycan Prezidenti yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə, Neftçala rayonunda əhalinin içməli su ilə təminatı və əkin sahələrinin suvarılması sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı ölkə rəhbərinin verdiyi tapşırıqlar Neftçala ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb”.

Anews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov deyib.

O, bildirib ki, son aylarda Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizinin suyunun çay boyunca əks istiqamətdə axaraq suyu şorlaşdırması nəticəsində Neftçala rayonunda əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranmışdı :"Vəziyyətlə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən indiyədək içməli su probleminin qismən həlli üçün Fövqəladə Hallar Nazirliyi, "Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin rayon İcra Hakimiyyəti və sahibkarlar tərəfindən cəlb olunmuş ümumilikdə 35 ədəd su maşını vasitəsilə gündəlik 600 ton içməli suyun Salyan rayonundan daşınmasına, şəhər və qəsəbələrdə  quraşdırılmış ümumilikdə 65 ədəd su çəninin  və kəndlər üzrə yaşayış məntəqələrini əhatə edən 36 ədəd modul tipli sutəmizləyici qurğunun içməli su ilə təmin edilməsinə nail olunub. Görülən tədbirlər nəticəsində içməli suya olan gündəlik tələbatın cəmi 30%-nin ödənilməsi mümkün idi”.

Mirhəsən Seyidov qeyd edib ki, 23 iyul tarixində keçirilən müşavirədə Prezidentin verdiyi tapşırığa əsasən, Neftçalaya yaxın rayonlardan və Mərkəzi İcra Hakimiyyəti orqanları tərəfindən rayona əlavə olaraq 22 su maşını və 18 çən ilkin məhələdə ayrılıb. "50 su çəninin və digər zəruri texniki vasitələrin ayrılması nəzərdə tutulub. Artıq gecə saatlarında etibarən su probleminin həlli istiqamətində bütün tədbirlər intensiv şəkildə davam etdirilir.

Prezidentin ölkə ərazisində əhalinin sosial rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrə qayğı ilə yanaşılması, vətəndaşlar tərəfindən ünvanlanan şikayət və ərizələrə xüsusi diqqət yetirilməsi istiqamətində verdiyi göstərişlər rayon ictimaiyyəti tərəfindən böyük rəğbət və qürur hissi ilə  qarşılanır. Neftçala rayon ictimaiyyəti Prezident İlham Əliyevin rayon ərazisində içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı göstəridiyi diqqət və qayğını yüksək səviyyədə dəyərləndirir və minnətdarlıqlarını bildirirlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol