İranda daha 196 nəfər pandemiyanın qurbanı olub. "Report” IRINN-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, son 24 saatda ölkədə 2 636 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 298 909-a yüksəlib. Onlardan 16 343 nəfəri ölüb, 259 116 nəfəri sağalıb.www.anews.az