• $
  • €
  • ₽
  • ₺
  • £

Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər”

Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər”
05.08.2020 13:52
"Operativ Qərargah çox ciddi iş apardı, çimərliklər açıldı və insanların rahat istifadəsi üçün şərait yarandı. İndi açıq havada insanların istirahət etməsi üçün tam təhlükəsiz şərait təmin edilib”.

Bu fikirləri Anews.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, bundan əvvəlki həftələrdə yoluxmalar yüksək idi və heç cür yumşalmalara gedilə bilməzdi: "İnsanlar artıq günəş şüasını qəbul edə bilərlər. Onlar narahatdırlar, ancaq dəniz mövsümü sentyabr ayının ortalarına qədər davam edəcək. Hələ qarşıda xeyli gün var. Havaların sərin keçməsi düşünmürəm ki, onların açıq havada istirahətinə mane olacaq. İnsanların müəyyən hissəsi bu fikirləri məqsədyönlü şəkildə yayır. Artıq SMS icazəsi tamamilə ləğv olundu. Hər kəs rahat şəkildə, qaydalara əməl etməklə istirahət edə bilər. Həftəsonları ictimai nəqliyyatın işləməməsi də insanların kütləvi şəkildə toplaşmasının qarşısını almağa hesablanıb”.

C.İsayev qeyd edib ki, hazırda vəziyyət tam istədiyimiz kimi deyil və yoluxma sayının xeyli aşağı düşməsinə baxmayaraq, bu, ölkəmiz üçün böyük rəqəmdir: "Düzdür, stabilləşmə, yoluxmaların sayında aşağı düşmə var və gündəlik xəstələnmə sayı artıq 300-dən də aşağıdır. Bu, bizim ölkəmiz üçün kifayət qədər yüksək rəqəmdir. Ona görə də çoxlu sayda yumşalmalara gedilə bilməzdi. Yoluxmalar azaldıqca yeni yumşalmalar da olacaq. Kafe və restoranların, iri ticarət mərkəzlərinin açılması hələ ki, tezdir. Çünki bu yerlərdə insanlar daha çox toplaşırlar və bu tip məkanlarda infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. Ona görə də onların fəaliyyətinin bərpa olunması hələ ki, tezdir”.

Baş infeksionist bəzi iş yerlərinin açılması və yumşalmaların olması üçün insanları məsuliyyətli olmağa çağırıb: "Əslində, biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıtmağımız daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol