• $
  • €
  • ₽
  • ₺
  • £

Dönər yeyənlərin nəzərinə - Nazirlikdən açıqlama

Dönər yeyənlərin nəzərinə - Nazirlikdən açıqlama
05.07.2014 11:50

“Toyuq ətindən hazırlanan dönərlərin satışına 2006-cı ildən bəri Səhiyyə Nazirliyi tərəfindən qadağa tətbiq edilib. Lakin aparılan monitorinqlər zamanı toyuq əti dönərlərinin satışı faktları aşkarlanır”. APA TV -yə müsahibəsində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. İmran Abdullayev əlavə edib ki, cərimələr tətbiq olunsa da, toyuq dönəri satan obyektlər öz işlərindən geri qalmır

“Dönər satışı ilə bağlı ciddi problemlər var. Baxmayaraq ki, toyuq dönərinin satışı qadağan olunub, yenə də davam edir. Amma səlahiyyətimiz çərçivəsində mübarizə tədbirləri davam etdirilir. Əsas problem dönərin satışı ilə bağlı deyil, problem iaşə sistemində dönərin qida rasionunda bu qədər yer almasıdır. Bu çox ciddi təhlükədir. Çünki dönərin hazırlanması üçün istifadə olunun ətin mənşəyi məlum deyil" .

İmran Abdullayev deyir ki, inzibati Xətalar Məcəlləsinə əsasən, toyuq dönəri satan fiziki şəxslər 50-100 manata, vəzifəli şəxslər 100 -200, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunmalıdırlar: "Bəlkə də, cərimə məbləğinin azlığına görə sahibkarlar qaydanı tez-tez pozurlar. Əgər cərimə məbləği yüksək olsa, həmin dönər satıcıları risk edib qaydanı pozmazlar". İmran Abdullayev deyir ki, yay aylarında dönərin satışı xüsusi diqqət tələb edir. Amma buna nə ət , nə toyuq dönər satışında riayət olunmur.

"Mal əti adı ilə dönər satırlar, amma bu da tərkibi təmiz ətdən deyil . Çünki mənşəyi məlum olmayan ətlərlə qarışdırlır. Ötən il bununla bağlı keçirdiyimiz reydlər kifayət qədər acınacaqlı oldu. Məlum oldu ki, bu at və eşşək ətindən hazırlanır. Əgər dönər satışı ilə məşğul olanlar ətin mənşəyi ilə bağlı sertifikat təqdim edirlərsə demək olar ki, qidalanma üçün ciddi təhlükə yoxdur. Amma təəssüf olsun ki, belə hallara nadir rast gəlinir"

İmran Abdullayev vurğulayıb ki, bu cür neqativ halların təkrarlanmaması üçün qanunvericilik bazası möhkəmləndirilməlidir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol