• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçalada içməli su problemi aradan qaldırılır - FOTOLAR

Neftçalada içməli su problemi aradan qaldırılır - FOTOLAR
10.08.2020 17:20
Neftçalada mövcud içməli su probleminin həlli istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

 ANEWS.azxəbər verir ki, Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin ölkədəki su problemi ilə bağlı keçirdiyi geniş videomüşavirədə verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər keçirilir. 
 
Avqustun 1-dən etibarən 50-dən artıq ümumi tutumu 500 m3 olan su daşıyan texnika və nəqliyyat vasitəsi Neftçala rayon ərazisini su ilə təmin edir. Rayon ərazisində ümumi tutumu 800 m3 olan plastik su çənləri quraşdırılıb ki, bununla da içməli su həmin çənlərə daşınaraq günaşırı əhalinin istifadəsinə verilir. 
 
Eyni zamanda sutəmizləyici qurğular da günaşırı olaraq su ilə təmin olunur. Akkuşa çayının nəzarətə götürülməsi nəticəsində suyun səviyyəsində artım müşahidə olunur. Bu da ümumi su təminatının yaxşılaşdırılması baxımından fermerlər üçün əlverişli fürsət yaradıb. 

Müşavirədən öncə  gündəlik su təminatı 30-35 faiz arasında dəyişirdisə, artıq bu rəqəm iki dəfə artaraq 60-70 faizə çatıb. Eyni zamanda Salyan rayonundan Neftcalaya çəkilən 44 km-lik yeni su xəttində işlər intensiv olaraq davam etdirilir.

Neftçala rayon İcra Hakimiyyəti başçısının yanında su problemi ilə bağlı yaradılmış Operativ Qərargaha gün ərzində yüzlərlə vətəndaşın müraciəti daxil olur və həmin müraciətlər davamlı olaraq cavablandırılır. Ehtiyac olan yerlərə vaxtında su təminatı həyata keçirilir. 

Qeyd edilən müşavirədən sonra Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən rayona əlavə olaraq yeni su texnikalarının cəlb olunması, yerlərdə iritutumlu su çənlərinin quraşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Neftçala rayon İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargah fəaliyyətini gecə saatlarına qədər davam etdirir. Nəticədə rayon ərazisinə ümumilikdə 1000 m3-dən artıq içməli su daşınaraq şəhər mərkəzi, kəndlər və qəsəbələrə əhalinin su təminatı həyata keçirilir.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol