• $
  • €
  • ₽
  • ₺
  • £

Dənizdə boğulan iki nəfəri polislər belə xilas etdi - FOTO

Dənizdə boğulan iki nəfəri polislər belə xilas etdi - FOTO
13.08.2020 14:45
Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində boğulmaq təhlükəsi ilə üz-üzə qalan spirtli içkinin təsiri altında olan iki nəfərin həyatını xilas edib.

Anews.az-ın məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Tural Orucov, kiçin serjantlar Fuad Əhmədov, Ayxan Hüseynli və Fəqan İbrahimov spirtli içkinin təsiri altında dənizə girərək orada boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfərin həyatını xilas edib.

Belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşları paytaxt sakinləri Faiq Seyidəhmədov və onu xilas etmək üçün suya atılan Seyidəhməd Vəliəhmədovun boğulmaq təhlükəsi ilə üz-üzə qaldıqlarının şahidi olublar. Dərhal həyatlarını təhlükəyə altına qoyaraq suya atılan polis nəfərləri boğulmaq üzrə olan şəxsləri xilas ediblər. Vaxtında edilən kömək nəticəsində hər iki şəxsin həyatı xilas edilib.

Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol