"Bu gecə naməlum şəxslər Müsavat Partiyasının qərargahına girib”. "Report” xəbər verir ki, bu barədə Müsavat partiyası başqanı Arif Hacılı "Facebook” hesabından bildirib. Onun sözlərinə görə, dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb: "Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”. www.anews.az