Mehdi İbrahimov həbsdən buraxıldı

Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov azadlığa çıxıb.
Anews.az-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.
M.İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. M.İbrahimov vəkili vasitəsilə ev dustaqlığına buraxılması üçün Xətai rayon məhkəməsinə müraciət edib və hakim İbrahim İbrahimli onun müraciətini təmin edib. M.İbrahimov ev dustaqlığına buraxılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























