Bakıda narkotacir saxlanıldı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər.
Nəticədə, Türkan qəsəbə sakini K.Nəsirovun yaşadığı evə baxış zamanı oradan 235 qramdan artıq marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 223 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























