• $
  • €
  • ₽
  • ₺
  • £

Kürün suyu artıb - RƏSMİ

Kürün suyu artıb - RƏSMİ
25.08.2020 23:30
Son günlər şimal və şimal-qərb bölgələrinə yağan güclü yağışlar Kür çayında suyun artmasına səbəb olub.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Qulu Kərimov bildirib. Onun sözlərinə görə, həmin bölgələrdə olan çaylardan sel suları keçib və sonda Kürə tökülüb:

"Bildiyimiz kimi son vaxtlar Kürün Neftçala və Salyandan keçən hissəsində suyun səviyyəsinin enməsi müşahidə olunurdu. Hətta Neftçalada duzlu su şirin suya qarışırdı. Ancaq son günlər yağan yağışlar Kürdə suyun artmasına səbəb olub. Belə ki, Qəbələ-Ağdaşdan keçən Turyançay və Göyçay çayından güclü yağışlardan sonra sel suları keçib. Bu çaylar isə sonda Kürə tökülür və artıq dünən aldığımız məlumatlara görə, bu proses Kürə müsbət təsir edib”.

Q.Kərimov əlavə edib ki, eyni zamanda yağışlar zamanı nasos stansiyaların işləməməsi də Kürdə suyun artımına təsir edib:

"Yağış yağdığına görə, nasos stansiyalar da müvəqqəti işləmirdi. Bu da öz növbəsində Neftçala və Salyan rayonlarında Kürün suyunun artmasına kömək olub”. (Trend)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol