Çində hotelin çökməsi nəticəsində daha 11 nəfər ölüb

Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının dağıntıları altında daha 11 nəfərin cansız bədəni çıxarılıb.
"Report” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Məlumata görə, dağıntılar altından indiyədək 43 nəfəri çıxartmaq mümkün olub. Onlardan 13-ü ölüb, 4-ü isə ağır yaralıdır.
www.anews.az
























