• $
  • €
  • ₽
  • ₺
  • £

15 rayonun 24 kənd və qəsəbəsinin içməli su problemi həll ediləcək

15 rayonun 24 kənd və qəsəbəsinin içməli su problemi həll ediləcək
01.09.2020 16:55
Prezident İlham Əliyevin 12 avqust 2020-ci il tarixli sərəncamına əsasən, əhalinin içməli suya tələbatının ödənilməsi, həmçinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasına başlanıb. Sərəncama uyğun olaraq 15 rayonun 24 kənd və qəsəbəsində yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

Anews.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sərəncama əsasən, Beyləqan rayonunun Mil, Yeni Mil və Milabad qəsəbələrinin hər birində subartezian quyuları qazılacaq. Bu qəsəbələrdə içməli su problemi uzun illər mövcud olub. Əhali suya olan tələbatını arx suları hesabına və uzaq məsafələrdən maşınlarla daşıyaraq ödəyib. Xüsusilə yay aylarında kənd sakinləri içməli sudan ciddi əziyyət çəkib.

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və 150 metr dərinlikdəki lay sularından istifadə olunması layihələndirilib. Subartezian quyularının qazılmasına "Azərsu” ilə yanaşı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)  quyuların qazılması sahəsində ixtisaslaşmış təşkilatları cəlb olunub. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və transformatorlar quraşdırılacaq və quyular elektrik enerjisi ilə təmin olunacaq.

Hazırda Milabad qəsəbəsində subartezian quyusunun qazılması işləri yekunlaşmaq üzrədir. Bu qazma qurğuları hesabına növbəti mərhələdə Mil və Yeni Mil qəsəbələrində də subartezian quyuları qazılacaq. Ümumilikdə 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Layihələrin icrası 15 rayonun 24 yaşayış məntəqəsində  65 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına və suvarma suyuna olan tələbatının ödənilməsinə imkan yaradacaq. Qeyd edək ki, "Azərsu”yun sifarişilə ötən illərdə icra olunmuş layihələr çərçivəsində respublikanın müxtəlif bölgələrində 350-dən çox subartezian quyuları qazılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol