• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 58 nəfəri ilan sancdı

Azərbaycanda 58 nəfəri ilan sancdı
03.09.2020 14:52
Azərbaycanda aprel ayının 10-dan indiyədək 58 nəfəri ilan sancıb.

Bunu Anews.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ilan sancan şəxslərin 6-sı uşaq olub. İlan sancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Şirvan şəhəri, Hacıqabul, Yevlax, Bərdə, Şamaxı, Şəmkir, Tovuz, Qazax, Kürdəmir, Qəbələ rayonlarından daxil olub.

A.Maqsudov Azərbaycanda ilan zəhəri əleyhinə xüsusi zərdab ehtiyatının kifayət qədər olduğunu da nəzərə çatdırıb.

Şöbə müdiri qeyd edib ki, bu il qaraqurd sancması ilə əlaqədar 2, əqrəb sancması ilə əlaqədar 1 nəfər xəstəxanaya müraciət edib.
O, bu il sancmalar nəticəsində ölüm hallarının baş vermədiyini nəzərə çatdırıb.

A.Maqsudov ilan sancmalarının sayında artımın baş vermədiyini, ötən ilin müvafiq dövründə hətta 65 sancmanın qeydə alındığını da açıqlayıb.(unikal)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol