• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus sürücüləri etiraz aksiyası keçirir

Bakıda avtobus sürücüləri etiraz aksiyası keçirir
01.07.2014 17:46
Paytaxt Bakıda avtobus sürücüləri etiraz aksiyası keçirir. ANS PRESS-in məlumatına görə, “Transqeyt” şirkətinin rəhbərliyi altında olan 1 saylı avtobusun sürücüləri kütləvi şəkildə etiraz aksiyası keçirir. Təxminən 50 sürücü artıq iki gündür ki, işləməkdən imtina edir. Sürücülər “Transqeyt” şirkətinin və rəhbərliyin onlara qarşı qəddarlıq nümayiş etdiklərini bildirirlər. Sürücülər bildirirlər ki, şirkət onları qul yerinə işlədir.1 saylı avtobusun sürücüsü Aftandil Əliyevin ANS PRESS-ə şikayətində bildirib ki, hər il yay aylarında gündəlik plan aşağı salınırdı. Lakin indi plan aşağı salınmayıb.“Bizi çox incidirlər. Gündəlik 132 manat plan tələb edirlər. 95 manat yanacağa, 15 manat da digər xərclərə çıxır. Bizə heç 20 manat da qalmır. Bəs biz adam deyilik? Bizi qul kimi işlədirlər. Bizi adam yerinə də qoymurlar. Deyirlər avtobusu necə oldu sürün, haradan istəyirsiz keçin, amma planı vaxtında çatdırın. Biz istəyirik ki, planda bizə güzəşt olunsun”, - deyə Aftandil Əliyev bildirib.Sürücülər güzəşt olunmadığı təqdirdə Prezident Administrasiyasına şikayət edəcəklərini də əlavə ediblər.Məsələ ilə əlaqədar “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ANS PRESS-ə şikayətlərin əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda plan aşağı salınıb. Onlardan gündəlik 132 manat yox, 120 manat alınır.“Bilirsiz ki, bu Bakıda ən yaxşı sərnişin avtobusudur. Sürücülərin şikayəti haqsızdır”, - deyə Nurəddin İsmayılov bildirib.Şirkət rəsmisinin sözlərinə görə, onlara təzyiq olunmur. “Hər bir sürücünün yol vərəqəsində qeyd olunub. Gündəlik 120 manat, yanacağa isə 65 manat xərclənir. Cəmi 23 avtobus var. Avtobusların qrafiki 5 dəqiqə arasında dəyişir. Demokratik ölkədə yaşayırıq. Heç insanları incitmək olar? Bu ayın 10-da planı bir az da aşağı salacağıq”, - deyə bildirib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol